Dünya Kuboku: Azərbaycan boksçusu qızıl medal qazandı

media-hightechnic-468x90

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə Dünya Kubokunda final döyüşlərinə start verilib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq həlledici görüşə Səidcəmşid Cəfərov çıxıb.

75 kiloqramda mübarizə aparan boksçu Tauan Silva (Braziliya) ilə gücünü yoxlayıb. Hər 3 raundu aktivinə yazan Cəfərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələrək Dünya Kubokunun qızıl medalına yiyələnib və Braziliyada Azərbaycanın Dövlət Himnini səsləndirib.

Qeyd edək ki, gecə saatlarında Sübhan Mamedov (50 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) də final görüşünə çıxacaq. Bir gün öncə isə Nəbi İsgəndərov (70 kiloqram) bürünc medala yiyələnib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05