!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya mediası "La Figaro" və onun direktor müavinini hədəf aldı - Birtərəfli ermənipərəst mövqeyinə görə

!Reklam – Yazi

“Müstəqil media qərəzsiz olmalı və lobbi qruplarının maraqlarına xidmət etməməlidir. Beynəlxalq mətbuat olaraq “Le Figaro Magazine” jurnalının redaktor müavini Jan Kristof Buissonun azərbaycanlılar və Qarabağ haqqında “Twitter”də yazdığı məlum açıqlamanı qınayırıq”.

Yenicag.az bildirir ki, bu barədə dünya ölkələrinin media qurumlarının qoşulduğu bəyanatda bildirilir:

“Mətbuat heç vaxt birtərəfli olmamalıdır. Ancaq tamamilə aydındır ki, cənab Jan Kristof Buisson bunu başa düşmür, bəlkə də başa düşmək istəmir Və bunu öz maraqları üçün edir. Necə ola bilər ki, özünü demokratik və azad mətbuat hesab edən “Le Figaro Magazine” jurnalının redaktor müavini erməni lobbisinin maraqlarını müdafiə edir? Bu, “Le Figaro Magazine” jurnalının demokratik və ya bitərəf bir jurnal olmadığı anlamına gəlirmi? Jan Kristof Buissonun “Twitter” hesabında yazılan fikri üçün yalnız Buisson deyil, “Le Figaro Magazine”nin bütün komandası böyük məsuliyyət daşıyır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Azərbaycan həmişə dünyəvi bir ölkə olmuşdur, Azərbaycanın hər yerində, müxtəlif xalqların və dinlərin vətəni olaraq, sinaqoqlar, məscidlər, kilsələr və hətta atəşpərəstlərin məbədləri vardır. Çünki tarixi inkişaf, coğrafi mövqe və etnik tərkib Azərbaycanda dini müxtəlifliyin mövcudluğunu müəyyən edirdi. Azərbaycan həm Azərbaycanda, həm də xaricdə multikulturalizm və dini abidələrin qorunması dəyərlərinə sadiqdir. Tarixdə ilk dəfə olaraq, əksər əhalisi müsəlman olan Azərbaycan, Vatikanda olduğu kimi, Fransa və digər ölkələrdə də xristian abidələrinin bərpasına öz töhfəsini verdi. Azərbaycan Vatikandakı Müqəddəs Marcellinus, Müqəddəs Pyotr və Müqəddəs Sebastyan katakombalarının, həmçinin Fransada Notre Dame kilsəsinin bərpasına maliyyə dəstəyi göstərdi. Bütün bunlar o deməkdir ki, Azərbaycan həmişə dini tolerantlığı ilə seçilib.

Hamımız bilirik ki, ermənilərin Azərbaycanın mədəni dəyərlərinə vurduğu ziyan çox böyükdür. Ermənilər Qarabağdakı Azərbaycan mədəni irsini məhv edərək tarixi, mədəni, dini şah əsərləri və abidələri qarət etdilər. Bir neçə tarixi muzeyi, 500-dən çox tarixi və memarlıq abidəsini, 100 arxeoloji tapıntı mərkəzini, 40 000 eksponatı olan 22 muzeyi, 9 sarayı, 44 məbədi, onlarla məscidi, 4 sənət qalereyasını, yüzlərlə qədim türbə və qalaları talan etdilər. Dini abidələri sui -istifadə obyektinə çevirərək, qəsdən məscidləri və digər dini məbədləri donuz yuvasına çevirdilər. Ermənilər Qarabağda misilsiz vəhşiliklər törədiblər. Ekoloji fəlakətin miqyası da çox böyükdür. Ermənilər fosfor bombalarından istifadə edərək, Şuşada sıx meşələri yandıraraq bütün ekosistemə bərpaolunmaz ziyan vurublar.

Dünya birliyi və beynəlxalq təşkilatlar “Artsakh”ı tanımır, çünki bu termin beynəlxalq hüquqda yoxdur. Yalnız Qarabağ var və bu Azərbaycanın tarixi ərazisidir! Azərbaycan öz ərazisini azad edə bildi.

Bəlkə də Jan Kristof Buisson tarixi yaxşı bilmir və bu hadisələrdən xəbərsizdir. Yaxşı, onda sizdən Qarabağ tarixini öyrənməyinizi və bu məsələni düzgün araşdırmağınızı xahiş edirik! “Le Fígaro Magazine” neytral bir mediadırsa, o zaman erməni lobbisinin maraqlarına uyğun hərəkət etməməlidir”.

Qeyd edək ki, aşağıdakı ölkələrin media qurumları bu məsələyə öz reaksiyasını bildirib. Jan Kristof Buissona təpki göstərən jurnalistlərin sayının daha da artacağı gözlənilir.

İspaniya:

https://es.horrapress.eu/archivos/4212

Meksika:

https://www.mipuntodevista.com.mx/los-medios-independientes-deben-ser-imparciales-y-no-servir-a-los-intereses-de-los-grupos-de-cabildeo/Dirol Azerbaijan
http://www.clubjuridico.com/enrique-vidales-ripoll-mi-punto-de-vista-los-medios-independientes-deben-ser-imparciales-y-no-servir-a-los-intereses-de-los-grupos-de-cabildeo/

http://www.chanboox.com/2021/09/12/los-medios-independientes-deben-ser-imparciales-y-no-servir-a-los-intereses-de-los-grupos-de-cabildeo/

https://expresionmexico.com/2021/09/12/medios-independientes-deben-ser-imparciales-y-no-servir-a-intereses-de-grupos-de-cabildeo/

Ekvador:

https://centroecuador.ec/medios-de-azerbayian-reaccionan-ante-publicacion-de-lefigaron-maggazine/

Dominikan Respublikası:

https://redsocialcodi.com/los-medios-independientes-deben-ser-imparciales-y-no-servir-a-los-intereses-de-los-grupos-de-cabildeo/

Panama:

https://www.laverdadpanama.com.pa/los-medios-independientes-deben-ser-imparciales-y-no-servir-a-los-intereses-de-los-grupos-de-cabildeo/

Nikaraquanın Dövlət televiziyası: TN8 – Globo TV NIC./Sfera/

 

www.yenicag.az

588
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv