Dünya nüvə fəlakətinin bir addımlığında: Fevralın 5-də hər şey dəyişə bilər! – "ABŞ-nin hədəfi..."

media-hightechnic-468x90

“Pekin bu strategiyanı anlayır və ABŞ-nin qlobal təsirini məhdudlaşdırmaq cəhdlərinə qarşı mümkün qədər müqavimət göstərməyə çalışır”.

Bunu Yenicag.aza açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

media-_elxan-sahinoglu9871-1

O, ABŞ, Rusiya və Çin arasında nüvə silahları üzrə strateji rəqabət, nüvə sazişinin uzadılmamasının yaratdığı risklər və Vaşinqtonun Çini əsas qlobal rəqib kimi hədəfə alması barədə fikirlərini səsləndirib.

Politoloq bildirib ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ–Rusiya arasında Strateji Hücum Silahlarının Azaldılması üzrə müqavilənin fevralın 5-də bitməsini təhlükəli məqam kimi dəyərləndirib.

“Müqavilənin uzadılmamasına səbəb Vaşinqtonun Çini də prosesə cəlb etmək tələbi olub. ABŞ hesab edir ki, nüvə balansı artıq təkcə Rusiya ilə məhdudlaşmır və sürətlə arsenalını genişləndirən Çin də bu razılaşmanın tərəfi olmalıdır. Moskva isə bildirir ki, Pekin nüvə danışıqlarına qoşulmaq niyyətində deyil. Baxmayaraq ki, Çinin nüvə potensialı ildən-ilə artır.

Yeni sazişsiz qalan Rusiya tərəfi ABŞ-yə açıq mesajlar göndərir. Medvedev razılaşma əldə olunmasa, Moskvanın nüvə imkanlarını genişləndirə biləcəyini istisna etməyib. Xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Vaşinqtonun bu vəziyyətdən ciddi narahatlıq keçirmədiyini, əvəzində müxtəlif regionlarda hərbi mövcudluğunu gücləndirdiyini vurğulayıb. Sonuncu nüvə sazişi 2010-cu ildə Obama və Medvedev tərəfindən imzalansa da Donald Tramp prezidentliyə gəldikdən sonra onu uzatmaqdan imtina etmişdi və buna əsas kimi Çinin razılaşmadan kənarda qalmasını göstərmişdi.

Medvedev bir tərəfdən nüvə razılaşmasının vacibliyini desə də, digər tərəfdən Qərbi nüvə qarşıdurması ilə hədələyən açıqlamaları ilə diqqət çəkib. Onun fikrincə, ABŞ-nin əsas strateji hədəfi artıq Rusiya deyil, Çindir. Vaşinqtonun Panama kanalında, Venesuela və İran kimi enerji və geosiyasi istiqamətlərdə atdığı addımlar da Çinin təsir imkanlarını zəiflətməyə hesablanıb. Pekin bu strategiyanı anlayır və ABŞ-nin qlobal təsirini məhdudlaşdırmaq cəhdlərinə qarşı mümkün qədər müqavimət göstərməyə çalışır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05