!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünya üçün ən aktual təhlükə - DB-dən böhran XƏBƏRDARLIĞI

!Reklam – Yazi

“İnkişaf etməkdə olan dünya üçün ən aktual təhlükə qlobal tənəzzülə çevrilən qlobal artımın kəskin yavaşlamasıdır”.

Yenicag.az “Haberglobal”a istinadən bildirir ki, bunu Stenford Universitetində keçirilən tədbirdə çıxış edən Dünya Bankının Prezidenti Devid Malpass deyib.

Onun sözlərinə görə, bir çox inkişaf etməkdə olan ölkələr pandemiyadan əvvəlki dövrdə adambaşına düşən gəlir səviyyəsinə çata bilmir. Avronun zəifliyi və yüksək inflyasiya Avropada tənəzzül ehtimalını artırıb və uzunmüddətli böyümə perspektivini daha da məhdudlaşdırıb.

ABŞ iqtisadiyyatının bu ilin ilk iki rübündə daraldığını xatırladan Malpass COVID-19 epidemiyasına qarşı alınan karantin tədbirləri səbəbiylə Çinin iqtisadi artımının da kəskin şəkildə yavaşladığını söyləyib. İnkişaf etməkdə olan ölkələrin inflyasiya, yavaşlayan böyümə, aşağı məhsuldarlıq, qlobal enerji qaynaqlarının tükənməsi və inkişaf etmiş iqtisadiyyatlardakı yüksək faiz dərəcələri kimi tendensiyalar 2023-cü ildən sonra da davam edə bilər.

D.Malpass bildirib ki, qlobal enerji istehsalında Rusiyadan asılılığın azalması üçün illər lazım ola bilər ki, bu isə staqflyasiya riskini və ya aşağı artım və yüksək inflyasiya dövrünü uzada bilər.

Gülşən

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv