Dünya yenidən BÖLÜŞDÜRÜLÜR – “Böyük dövlətlər uzlaşma nöqtəsi tapana kimi...”

media-hightechnic-468x90

“Üçüncü Dünya müharibəsi müasir yanaşma ilə aparılır”.

Bu sözləri dünyada yeni münaqişə ocaqlarının yaranması və böyük güclərin savaşını Yenicag.az-a şərh edən hərbi ekspert Şair Ramaldanov deyib.

O, bildirib ki, gözlənilməyən yerlərdə belə münaqişələrin baş verməsini gözləməliyik:

“Uzun zamandır deyirik ki, qlobal aləmdə böyük ölkələr arasında maraqlar müəyyənləşdirilir və maraqlar çərçivəsində dünyanın yeni quruluşu ortaya çıxır. Belə olduğu halda, hər hansı marağı təmin etmək üçün iki yol var: bunun biri diplomatiya yoludur. Bunun üçün ya hansısa anlaşmalar həyata keçirilir, yaxud hansısa müqavilələr bağlanır, ya da hansısa referendumlar həyata keçirilir. Digər ikinci yol isə münaqişə yoludur. Münaqişə yolunda maraqları olan dövlətlərdən tərəflərdən birini tərəfini tutur. Həmin böyük dövlət münaqişə tərəflərindən birinə öz dəstəyini göstərir. Əgər həmin nöqtədə başqa dövlətin marağı da üzə çıxırsa, böyük dövlətlərin maraqları toqquşur və beləliklə, münaqişə daha da alovlanır. Böyük dövlətlər uzlaşma nöqtəsi tapana kimi münaqişə davam edir. Biz bunun nümunəsini bir çox yerlərdə görmüşük”.

Onun sözlərinə görə, münaqişənin uzanıb-uzanmamağı böyük dövlətlərin maraqlarının nə qədər təmin olunmasından asılıdır:

“Biz bunu Ukraynada görürük. Heç kim deyə bilməzdi ki, bu münaqişə bu qədər davam edəcək. Hazırda Tailandla Kamboca arasında da toqquşma baş verir, sabah başqa yerdə də olacaq. Münaqişə ocaqlarının sayı çoxdur, sadəcə onları aktivləşdirmək üçün böyük güclərin marağı lazımdır. Çoxları deyir ki, Üçüncü Dünya müharibəsi başlayacaq, ancaq bu gün demək olar ki, Üçüncü Dünya müharibəsi müasir yanaşma ilə aparılır. Sabah gözləmədiyimiz bir ərazidə də münaqişə ocağı alovlana bilər”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600