!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyada hər 6 saniyədə bir insan siqaretdən ölür

!Reklam – Yazi

Dünyada hər 6 saniyədə bir nəfər, bir ildə isə təqribən 6 milyon insan siqaret çəkdiyi üçün ölür.

Yeniçağ.Az Report-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında qeyd olunub.

ÜST siqaretdən istifadənin azaldılmayacağı təqdirdə bu rəqəmin 2030-cu ildə 8 milyona yüksələcəyini bildirib.

Altı saniyədə bir insanın ölümünə səbəb olan siqaretin iqtisadi səmərəsi 1 trilyon dollardır. Türkiyə siqaretin tərgidilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə dünya ölkələri arasında 6-cı sırada yer alır. Bu siyahıda 1-ci yerdə Braziliyadır.

Ən ciddi nəzarət tədbirləri Türkmənistanda həyata keçirilir. Ən bahalı siqaret isə Avstraliyada satılır.

Qeyd edək ki, bu gün, 9 Fevral – “Ümumdünya siqaretdən imtina günü”dür.

Yeniçağ.Az

COP29

www.yenicag.az

717
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv