Qəbələ” klubu Adriel Ba Loua ilə əməkdaşlığa son qoydu
Qəbələ” klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2025-ci ilin yayından komandada çıxış edən Fildişi Sahilindən olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, ölkə Azərbaycan Kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.













