Azərbaycanda ÜDM-nin həcmi açıqlandı
Bu ilin yanvar-may aylarında Azərbaycanda 51 milyard 783,8 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən eynidir.
Son 1 ildə ölkənin neft-qaz ÜDM-nin dəyəri 1 faiz azalaraq 16 milyard 125,4 milyon manata düşüb, qeyri-neft-qaz ÜDM-nin dəyəri isə 0,4 faiz artaraq 35 milyard 658,4 milyon manata çatıb.













