Azərbaycan neftinin qiyməti 95 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,82 ABŞ dolları və ya 4,82 % azalaraq 95,27 ABŞ dolları təşkil edib.
Bu barədə Yenicag.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 93,76 ABŞ dolları təşkil edib.













