İran səhər saatlarında Bəhreyn, Küveyt və İordaniyadakı ABŞ bazalarına ən azı dörd ballistik raket və bir neçə dron atıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən 5-ci Donanmasının bazasına zərbə endirdiyini bildirmişdi.
Küveyt Ordusu bildirib ki, hava hücumundan müdafiə qüvvələri “düşmən hava hədəflərini” ələ keçirib. İİKK-nın məlumatına görə, zərbə Əli əl-Salim hava bazasına endirilib.
İİKK həmçinin ABŞ qırıcı təyyarələrinin yerləşdiyi İordaniyadakı Müvəffəq Salti hava bazasına uzun mənzilli bərk yanacaqlı raketlərdən istifadə edərək hücum etdiyini bildirib./unikal/













