Dünyada qaçqınların sayı ən yüksək həddə çatdı

media-hightechnic-468x90

Dünyada qaçqınların sayı 103 milyon nəfərə çatıb ki, bu da İkinci Dünya Müharibəsindən sonra ən böyük göstərici sayılır.

Yenicag.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Tokioda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 103 milyon nəfərdən 14 milyonu Ukrayna sakinləridir.

“İndi bu, təşkilatımız tərəfindən qeydə alınan ən yüksək rəqəmdir. Hazırda 400-ə yaxın həmkarımız Ukraynada işləyir”, – Qrandi əlavə edib./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa