Dünyanın “Ən ağıllı şəhəri”
Təl-Əviv “dünyanın ən ağıllı şəhəri sayılıb”. Bu ad Təl-Əvivə Barselonada keçirilən “Ağıllı şəhər” konqresində verilib. Bildirilir ki, fəxri ada 250 şəhərin namizədliyi irəli sürülüb.
Təl-Əviv bələdiyyəsinin məlumatında deyilir ki, şəhər bu müsabiqədə vətəndaşların rahatlığı üçün istifadə olunan texnologiyaların nailiyyətlərini təqdim edib. Söhbət şəhərin simsiz internet şəbəkəsindən, habelə bu işə müxtəlif ictimai forumların, “dəyirmi masa”ların və ictimai büdcənin cəlb olunmasından gedir,
Bundan əlavə, müsabiqədə digital şəhər layihəsi, o cümlədən “sakin kartı” təqdim olunub. Hazırda təqribən 90 min təl-əvivli bu kartın sahibidir. Bu kart elektron poçt ilə sms-məlumatların köməyi, habelə vətəndaşın yaşayış yerinə, maraq dairəsinə və ailə vəziyyətinə uyğunlaşdırılan xüsusi şəxsi saytın vasitəsilə informasiya və xidmətlər əldə etməyə kömək edir.
Şəhərin meri Ron Xuldai bildirib ki, Tel-Əvivin sakinlərə göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək və bu xidmətləri daha səmərəli və əlyetər xidmətlərə çevirmək məqsədi ilə texnologiyalara yaradıcı yanaşması və onlardan istifadə etməsi sayəsində uğur qazanmasına görə çox şaddır.
(azertag.com)