Dünyanın ən bahalı gəlinliyi-Fotolar
Dünyanın ən böyük, bəzəkli, möhtəşəm gəlinliyi hazırlanıb. Ağırlığı 183 kq olan, 1 milyon bəzək vurulmuş paltarın ətəyinin uzunluğu 8 metrdir.
ABŞ-ın Minnesota ştatındakı Edina şəhərində yaşayan dərzi Qeyl Binin dediyinə görə, bu gəlinliyi hazırlamaqda ona 22 dərzi də yardım edib.
Müğənni Ledi Qaqanın pərəstişkarı olan miss Binin sözlərinə görə, sevdiyi sənətçinin paltarlarından birini bəyənib və həmin geyimin formasında gəlinlik tikmək qərarına gəlib.
“Bu gəlinliyə həyatımın 3 ilini sərf etdim. Çox gözəl alındı. Sanki sənət əsəridir”, – Qeyl Bi deyib.
İndiyədək ən dəbdəbəli gəlinlik paltarı rekordu türk dərzilərə məxsusdu. İstanbuldakı “Özden Gelinlik Moda Tasarım” atelyesi 2011-ci ildə 45024 qaşla bəzədilmiş gəlinlik hazırlamış və Ginnein Rekordlar Kitabına düşmüşdü.
Qeyl Binin dediyinə görə, əl işi ona 47500 dollara başa gəlib.