Dünyanın ən böyük şəlaləsi donur-Video
ABŞ-Kanada sərhədində yeləşən dünyanın ən güclü şəlaləsi Niaqara donmaqdadır. Şaxtalı hava ilə əlaqədar, şəlalə 100 il sonra ilk dəfə böyük həcmdə buz bağlayıb.
Yenicag.az anspress-ə istinadən bildirir ki, dünyanın ən gözəl guşələrindən biri hesab olunan və hər il milyonlarla turisti cəlb edən şəlalədə buz bağlamış hissənin qalınlığı 3 metri keçib.
Kanada Ətraf Mühit Nazirliyinin məlumatına görə, Niaqara şəlaləsi sonuncu dəfə 1912-ci ildə bu səviyyədə donub. Şəlalənin 80 faizdən çoxunun buzlaşması səbəbilə çox gözəl mənzərə yaranıb və minlərlə turistin əraziyə axın etməsi müşahidə edilir.