Dünyanın ən kiçik heykəli

media-hightechnic-468x90

siaphoto_444794Amerikalı fizik-rəssam-eksperimentator Conti Qurvits dünyada ən kiçik orijinal heykəl yaradıb. İnamın alleqorik təsviri olan qadın fiqurunun ölçüsü 80x100x20 mikrondur. Onu iynə dəliyində yalnız elektron mikroskopunun köməyi ilə görmək mümkündür. 100 mikron hündürlüyündə olan qadın fiquru dünyanın ən kiçik heykəli elan edilib.

Dünyada bundan əvvəl də çox kiçik ölçülü heykəllər hazırlanıb. Lakin onlar qadın fiquru ilə müqayisədə nəhəng ölçüdədir. Belə fiqurlardan biri də Tayvanda hazırlanan pələng heykəlidir. Sənətkar pələng ilinin şərəfinə hazırladığı heykəli ərsəyə gətirmək üçün 3 ay gündə 4 saat işləyib. Onun sözlərinə görə, ən çox pələngin qırmızı rəngdə olan dilini hazırlayanda əziyyət çəkib. Heykəlin hündürlüyü 1 millimetrdir.

(sia.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600