Dünyanın gözlədiyi ÜZLƏŞMƏ: 3 il yarımdır tökülən qan KƏSƏCƏK?

media-hightechnic-468x90

“Tramp Putin görüşü münaqişənin tam həllinə deyil, atəşkəsin təmin olunmasına hesablanıb”.

Bu fikri Rusiya-Ukrayna müharibəsinin hazırkı vəziyyəti, münaqişənin dondurulması yönündə atılan addımları Yenicag.az-a dəyərləndirən hərbi ekspert Ramil Məmmədli deyib.

media-herbi_ekspert-_ramil_memmedli965

O, bildirib ki, münaqişənin taleyi Rusiyanın qərarından asılıdır:

“ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında gözlənilən görüş ərəfəsində ABŞ tərəfindən səsləndirilən fikirlər bir qədər ziddiyyətlidir. Ziddiyyət ondan ibarətdir ki, ABŞ tərəfinin sözcüləri münaqişənin dondurulması ilə bağlı fikirlər səsləndirirlər. Aydın məsələdir ki, dondurulma müharibənin bitməsi anlamına gəlmir. Ukrayna tərəfi isə Zelenskinin timsalında münaqişənin dondurulmasının tərəfdarı olmadığını, bununla yanaşı, ərazilərin güzəştə gedilməsinin tərəfdarı olmadıqlarını kəskin şəkildə bildirirlər. Açıq şəkildə qeyd olunur ki, Ukraynanın iştirakı olmadan Ukrayna ərazilərinin ABŞ və Rusiya tərəfindən bölüşdürülməsi rəsmi Kiyevin maraqlarına ziddir. Bu da münaqişənin bitməsi deyil, münaqişənin yenidən alovlanmasına gətirib çıxaracaq. Hər bir halda, gözləntilər müharibənin dayandırılmasına hesablanıb”.

Hərbi ekspert əmindir ki, Rusiya Krım daxil işğal etdiyi əraziləri öz ərazisi kimi tanınmasının tərəfdarıdır:

“Münaqişənin dondurulması isə müharibənin bitməsi deyil, atəşkəsin təmin olunması kimi qəbul olunur. Hesab edirəm ki, Trampla Putin arasında keçiriləcək görüş bu münaqişənin bundan sonrakı taleyini həll edəcək. Münaqişə dondurulsa, təxribatların, hərbi əməliyyatların davam edəcəyi gözləniləndir. Təxribatın hansı tərəfin edəcəyi sirr deyil. Rusiya strateji hədəfinə çatmaq üçün Dnepr çayına qədər ərazilərə yiyələnmək istəyir. Hazırda Rusiyanın nəzarətindəki ərazilər taktiki xarakter daşıyır. Tramp-Putin görüşü münaqişənin tam həllinə deyil, atəşkəsin təmin olunmasına hesablanıb. Münaqişənin taleyi Rusiyanın qərarından asılıdır. Rusiyanın qərarı isə danışıqlardan sonra bəlli olacaq”.

Səxavət Məmməd

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa