!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyanın nüfuzlu siyasətçiləri Qəbələdə toplaşacaq

!Reklam – Yazi

unnamedBu il dekabrın 7-8-də Qəbələ şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə Madrid Klubunun növbəti illik toplantısı keçiriləcək. Beynəlxalq musiqi festivallarına və müxtəlif mədəni tədbirlərə ev sahibliyi edən, Azərbaycanın turizm şəhəri kimi tanınan Qəbələ artıq dünyanı narahat edən problemlərin müzakirə edildiyi, siyasi diskussiyaların aparıldığı mərkəzə çevrilir. Tədbir zamanı 20 ölkədən sabiq dövlət və hökumət başçıları, ümumilikdə 100-dək tanınmış siyasi və ictimai xadim, ekspert və elm adamı Qəbələdə toplaşacaq.

Qeyd edək ki, Madrid Klubu özündə 56 ölkədən 80 eks-prezident və baş naziri birləşdirən nüfuzlu beynəlxalq siyasi təşkilatdır. Qurumun məqsədi demokratiyanı təşviq etmək, demokratik institutları möhkəmləndirmək, siyasi münaqişələrin həllində, böhran və böhrandan sonrakı situasiyalarda tövsiyələr verməkdir.

Madrid Klubunun Nizami Gəncəvi Mərkəzi ilə əməkdaşlığı çərçivəsində bir sıra layihələr həyata keçirilib. Klubun prezidenti, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqa eyni zamanda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədridir.

www.yenicag.az

499
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv