!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Dünyaya AZƏRBAYCAN SÜRPRİZİ: Bütün divarların qurtaran yeri var - Araz Zeynalov yazır

!Reklam – Yazi

Son 25 ildə çox dedik, eşitmədilər… Çox yazdıq, oxumadılar. Hesab etdilər ki, “Əşi, Azərbaycandır da, “Lazım gəlsə…” deyə-deyə yerində sakit oturacaq. Hər ötən gün isə Azərbaycanı Qarabağdan daha da uzaqlaşdıracaq, bu gerçəyi qəbullanmaqdan başqa yolu qalmayacaq.

Bu qənaətlərində o qədər əmin-arxayındılar, Azərbaycanın günlərin birində nə sağa, nə də sola baxmadan, Qarabağda qəti savaşa başlayacağını təsəvvürə belə gətirmirdilər. Amma indi şok içində görürlər ki, Azərbaycan “Müharibəyə başlasaq, dünya imkan verməz” “arqument”inə heç tüpürmək də istəmir.

Ermənistanın işğal siyasətini stimullaşdıran, ona maddi-siyasi sponsorluq edən ölkələr Azərbaycanın öz hərbi arsenalını gücləndirməsini də ciddiyə almırdılar. Hər halda, Azərbaycanı neft milyardlarını silah-sursata xərcləyib də bir terrorçu dəstə qarşısında axmaq vəziyyətdə qalan ərəb ölkələri ilə səhv saldılar…

Oysa nəhəng teatr xadimi Stanislavski də yazırdı ki,  əgər birinci pərdədə divardan tüfəng asılıbsa, tamaşanın sonuna qədər hökmən açılmalıdır. Azərbaycan da başqa xərclərindən kəsərək, silaha bu qədər pul xərcləyibsə, alınan hərbi texnikanın, silahların sadəcə, paradda nümayiş üçün nəzərdə tutulmadığı anlaşılmalı idi… Bunu anlamadılarsa, anlamaq istəmədilərsə, öz problemləridir.

Azərbaycan isə 4-cü gündür, Qarabağı erməni murdarlığından təmizləmək üçün yüksək peşəkarlıq və təmkinlə əməliyyatları davam etdirir. Hərbi aviasiyamız və raket-artilleriya bölmələrimiz düşmənin başına sözün tam mənasında od yağdırır. Bu, pafos yox, həqiqətin ən sadə formada ifadəsidir.

Döyüş xronikasını izləyirik, düşmənin məhv edilən canlı qüvvəsinin və sıradan çıxarılan, qənimət kimi götürülən hərbi texnikasının statistikası çox sürətlə dəyişir. Düşmənin itkilərini təqib etmək çətinləşir. Demoralizə olmuş ermənilər artıq əsgər şərəfinin əsas rəmzlərindən olan döyüş bayraqlarını ataraq, qaçırlar. Erməni əsgəri qorxu içində silahını-bayrağını atıb qaçırsa, mülki əhalinin hansı ovqatda olduğunu təsəvvür etmək çətin deyil. Nə qədər ki qaça biləcəkləri dəhliz var, qoy qaçsınlar…

Bu arada ermənilərin müdafiəsinə qalxan ölkələrin sırasına baxıram. Fransa, Yunanıstan, Güney Kıbrıs, Əsəd rejimi və sair… Prezident İlham Əliyev ötən gün Hərbi Hospitalda yaralılarla görüşdəkı çıxışında çox qəti mesajlar verdi. Ordumuzun başladığı əks-hücum əməliyyatlarını “Həqiqət anı” kimi dəyərləndirən prezident Azərbaycana münasibətdə “Kimin kim olduğunu” gördüyümüzü bildirdi. Bu mesajın transkripsiyası çox aydındır: Ödənməyən hesablar qalmayacaq!

Yuxarıda adını çəkdiyim Fransanın prezidenti Emmanuel Makron dünən səfərdə olduğu Riqada sərsəm fikirlər səsləndirib. Makron Aralıq dənizinin şərqində baş qaldıran böhran zamanı Fransanın burnunu ovan Türkiyəni öz aləmində “asıb-kəsib”. Başından böyük danışaraq, Azərbaycanın “Qarabağı geri qaytarmasına imkan verməyəcəyini” deyib. Diqqət edin, “bacı” adlandırdıqları Ermənistanı sözün bütün mənalarında fahişəliyə yönəldən ölkələrin başında Fransa gəlir. Türk yumruğu ilə burnu ovulmuş Makron indi bu fahişə bacısının “namus mühafiz”liyini üstlənib… Əlbəttə ki, cavabını alır və alacaq.

Azərbaycan Ordusu və onun başladığı zəfər yürüşü isə bütün bu söhbətlərin fövqündədir. Ordumuzun qüdrəti və Millətimizin sarsılmaz birliyi Qələbəni hər an daha da yaxınlaşdırır.

Dünya Azərbaycan sürprizinin şokunu hələ çox yaşayacaq!

www.yenicag.az

1889
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv