DYP-dən sürücülərə MÜRACİƏT

media-hightechnic-468x90

“Hazırda ölkənin bir sıra şəhər və rayonlarında yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur”.

Yenicag.az  xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin sürücülərə müraciətində bildirilib.

Qeyd edilib ki, mövcud hava şəraiti ilə əlaqədar yol örtüyündə sürüşmə ehtimalı artır.

“Ayrı-ayrı ərazilərdə, xüsusən də qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.

Bu səbəbdən sürücülərdən xahiş edirik ki, hərəkət zamanı son dərəcə ehtiyatlı olsunlar, öndə hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsini qorusunlar, müəyyən edilmiş sürət həddinə ciddi riayət etsinlər, qəfil manevrlərdən çəkinərək yol hərəkəti qaydalarına tam əməl etsinlər.

Bir daha bütün yol hərəkəti iştirakçılarını  diqqətli davranmağa və qarşılıqlı anlayış nümayiş etdirməyə çağırırıq. Unutmayaq ki, yol hərəkəti qaydalarına riayət və diqqətli davranış mümkün risklərin qarşısını almağın əsas şərtidir”, – məlumatda deyilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05