DYP reyd keçirdi: 30 sürücü cərimələndi – VİDEO – Yenicag.Az

Reklam

Reklam

Ağsu rayonunda avtonəqliyyat vasitələrinə qarşı reyd keçirilib.

Yenicag.az-ın məlumatına görə, reydləri keçirməkdə əsas məqsəd baş verə biləcək hadisələrin qarşısını qabaqcadan almaq və sürücüləri bununla bağlı maarifləndirmə işlərinin aparılmasından ibarətdir. Bundan başqa havaların həddindən artıq isti keçməsilə əlaqədar Ağsu Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadasının həkimləri də reyd zamanı sürücülərin və sərnişinlərin mənzil başına salamat çatması məqsədilə onlara tibbi yardımlar da göstəriblər.

Reyd zamanı avtomobili sürücülük vəsiqəsi olmadan, təhlükəsizlik kəmərini taxmadan və avtomobilə əlavə konstruksiya edən sürücülər aşkar olunub. Reyd zamanı 40-a yaxın avtonəqliyyat vasitəsi saxlanılıb, onlardan 30-a yaxın sürücüyə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub./Report/

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1131
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."