Ebeko vulkanında 2,5 km hündürlükdə kül püskürməsi qeydə alındı

media-hightechnic-468x90

Rusiyanın Kamçatka yarımadasında yerləşən Ebeko vulkanı 2,5 km hündürlüyə kül püskürüb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.

Departamentin məlumatına görə, kül şleyfi 5 km-dən çox məsafəyə yayılıb. Ən yaxın Şimali Kuril şəhərində külün tökülməsi müşahidə olunmayıb, həmçinin hidrogen sulfid qoxusu hiss olunmayıb.
Qeyd olunur ki, əhalinin həyat fəaliyyəti üçün heç bir təhlükə yoxdur. Ebeko vulkanı Şimali Kurildən 7 km məsafədə, Vernadski silsiləsinin şimal hissəsində yerləşir.

Mənbə: mk.ru

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05