Edamdan sonra bəraət qazandı
Çində 18 il əvvəl edam edilmiş gəncə ölümündən sonra bəraət verilib.
Məhkəmə təkrar araşdırmadan sonra 1996-cı ildə edam olunan 18 yaşlı gəncin günahsız olduğunu etiraf edib. Məhkəmə bu ədalətsizliyə görə həmin şəxsin valideynləri qarşısında üzr istəyib.
Bir qadını zorlayaraq qətlə yetirməkdə günahlandırılaraq edam olunan Huuqci adlı gənc ölümündən 18 il sonra bəraət qazanıb. Çinin Daxili Monqolustan Muxtar Rayonunun Ali Məhkəməsi onun günahsız olduğu barədə qərar çıxarıb.
2005-ci ildə silsilə qətllər törətmiş cani Çjao Çjixun həbs edilərkən polisə həmin qadını öldürdüyünü etiraf edib. Lakin işə təkrar baxış yalnız indi keçirilib.
Ədalətsiz şəkildə edam edilmiş gəncin qohumlarının vəkili jurnalistlərə deyib ki, hökumətdən kompensasiya almağa nail olmaq niyyətindədir.
Daxili Monqolustan Muxtar Rayonunun Ali Məhkəməsi ailəyə 30 min yuan (5 min dollara yaxın) məbləğdə vəsait verilməsini qərara alıb.
(anspress.com)