!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ədəbsizlərin “mübariz”əsi və ya gözə üfürülən mif barədə bir neçə söz… - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” üçüncü sezonunun dördüncü buraxılışı ilə görüşünüzə gəlib.

Budəfəki mövzu ədəbsizlərin “mübariz”əsi və ya gözə üfürülən mif ilə bağlıdır.

Buraxılışın videosu:

Buraxılışın mətni:

Ədəbsizlərin “mübariz”əsi və ya gözə üfürülən mif barədə bir neçə söz…

Bəzən miflər adamlardan o qədər böyük olur ki, nəinki onu qoruyur, hətta ona söz deyəni belə linç etdirir. İş adamı Mübariz Mənsimov da içəri düşəndən onun beş kilometrliyinə belə yaxın düşə bilməyən fanları bəndəniz daxil olmaqla onu tanıyan və məsələyə 0 reaksiya verənlərdə abır-həya qoymadılar. Birlikdə keçirdiyimiz bir tədbirdən şəklimizi paylaşaraq, bizi müdafiə etmədiyimizə görə ən ağır şəkildə təhqir etdilər və etdirdilər və hələ də bəziləri etməkdə davam edir. Bəzisi kişi kimi adımızı çəkdi, bəziləri isə üstüörtülü, həm də bizim üzərimizdən xanım həmkarının “torbasını tikərcəsinə” mesaj verdi. Üstümüzə gələnlərin sahibi içəridəydi deyə abrımıza qısılıb susduq. Bir cümlə belə nə danışdıq, nə yazdıq. Bu gün Mübariz Mənsimov azadlıqdadır və bəlkə də danışmamaq üçün heç bir əngəl qalmayıb. Ancaq yenə susuruq, yenə cavab vermirik, ancaq ədəbli ədəbindən susduğu halda ədəbsiz susdurduğunu sanmasın deyə, o qədər təhqirin qarşısında bir-iki cümlə də biz deyək, artıq…

Onu müdafiə edənlərə (faktiki işçiləri xaric) bir baxın. Uzun illərdən bəri onunla yol gələn, bərabər addımladığı kim var idi müdafiə edən? Ən doğma qardaşları onun müdafiə xəttindəydimi? Ona qarşı çıxan hər kəs xain, satqın, pula satılan, o isə mələkdir? Bir dəfə sual verdinizmi ki, yəni, bu tərəfdə heç günah yoxdur?!

Sözümün əvvəlində dediyim kimi, ortada əslində bir mif var. Tanıdığı hər kəsə vəd verən, ümidləndirib, sonra yarıyolda qoyan bir mif… Və o mifi mifləşdirənlərin gözü başqa bir şey görmədiyindən ona qarşı olan hər kəsin xain, satqın, nadürüst, yalançı olduğunu sanır.

Bəs onu yaxından tanıyanlar? Onlar da eləmi düşünür? Şəxsən, mənim buna çox ciddi şübhəm var. Ona sadiq olanların qədrini bilməyib, başından sel kimi pullar axarkən, sadəcə nöqtə atışları edərək, populyar yardımlarla ön plana çıxan biri olduğunu desək, daşqalaq ediləcəyik. Kimsənin tribuna vermədiyi bir vaxtda media qurumunu az qala onun ruporuna çevirən və bütün bunları uzaqda olduğu üçün tanımadan və təmənnasız edən, tanıdıqca uzaqlaşan, uzaqlaşdıqca tutulmayan vədlərlə yaxına çəkilmək istənən, ancaq daha da uzaqlaşmasına vəsilə olunan biri deyir bunları. Ürəyi istəyən olsa, ən yaxınındakıların xəbərdar olduğu yaşananları təfsilatı ilə saatlarca anladaram. Sadəcə, bu jurnalı göstərirəm ki, ədəbsiz ədəblini susdurduğunu sanmasın, mərdi də qovmasın…

Son olaraq qeyd edim ki, mən profilimdən heç nə silmirəm. Yaşanan bir tarixdir və qeyd edilibsə, orada qalmalıdır. Sadəcə, bir ölülər, bir də dəlilər həmişə eyni mövqedə qalırlar…

 

www.yenicag.az

982
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv