Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Əfqanıstanda “ofsayd”a düşən AVROPA: “Köhnə dünya” öz çarəsizliyini etiraf edir

Reklam: Sinerji Pro

Avropanın mühüm siyasi çevrələri qitə ölkələrinin Əfqanıstandakı hərbi çarəsizlik nümayiş etdirdiklərini bildirirlər.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Almaniyanın “Süddeutsche Zeitung” nəşrinin yazdığına görə, Avropa dövlətləri müdafiə sferasında müstəqil qərar qəbul edə bilmədikləri üçün ABŞ-nin iradəsindən asılı vəziyyətə düşüblər.

Müəllif Daniel Bresslerin nəşrdə dərc olunmuş materialında qeyd edilib ki, Avropanın bu çarəsizliyi mülki şəxslərin Kabil Hava Limanından evakuasiyası zamanı özünü daha qabarıq göstərib:

“NATO-nun heç bir üzv ölkəsi ABŞ-nin göstərişi olmadan bir addım da atmazdı. Aydın oldu ki, qoşunların Əfqanıstandan çıxarılması məsələsində Almaniya, Fransa və Böyük Britaniyanın istəyi yalnız ikinci dərəcəli əhəmiyyət daşıyır”.

Bressler xatırladıb ki, Almaniyanın federal kansleri Angela Merkel hələ 2017-ci ilin seçki kampaniyası dövründə Avropa ölkələrinin öz təhlükəsizliklərini təmin etmək üçün üzərlərinə daha çox məsuliyyət götürmələrinin vacibliyini bildirsə də, o vaxtdan bu yana heç nə dəyişməyib.

www.yenicag.az

166
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100