Əfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətində yük maşını minanın üzərində partlayıb.
Yenicag.az-ın məlumatına görə, hadisə Badar-Darı rayonundan keçən yol kənarında baş verib.
Partlayış nəticəsində 7 nəfər ölüb, azı 5 dinc sakin xəsarət alıb.
Yerli hakimiyyət orqanları hadisə qurbanları arasında qadın və uşaqların olmadığını xəbər versə də, təhlükəsizlik xidməti əməkdaşları partlayış nəticəsində 2 qadın və 2 uşağın öldüyünü bildiriblər.
Hökumət partlayışın arxasında İŞİD terror qruplaşmasının dayandığını iddia edirlər.