Əfqanıstanda Taliban dəhşəti: Qadının başını kəsdilər

media-hightechnic-468x90

talibanTaliban terrorçuları Əfqanıstanda tək, yanında əri olmadan səyahət edən qadının başını kəsiblər.

Yeniçağ.Az “Ölkə.Az” xəbər verir ki, Əfqanıstanın Sar-e Pul vilayətində talibançılar 30 yaşlı qadını tək, əri yanında olmadan səyahətə çıxdığı üçün başını kəsərək edam ediblər.

Hadisə cəmiyyətdə kəskin reaksiyaya səbəb olub. Hadisə vilayətin Litti kəndində baş verib. Bu barədə məlumat vilayətin qadın hüquqları nazirliyinin təmsilçisi tərəfindən də təsdiqlənib.

Ərazi Talibanın nəzarəti altında olduğu üçün cinayətkarlar barədə heç bir tədbir görülməyib. Taliban isə hadisənin onlara aid olan qruplar tərəfindən törədilmədiyini bildirib.

Yeniçağ.Az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600