!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfqanıstandakı Azərbaycan hərbçiləri: "Əsgərlərimizin çoxu Kabildən çıxarılıb" - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Əfqanıstanda olan qüvvələrimiz üçün heç bir risk yoxdur”.

Bu fikirləri Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun sülhməramlı bölməsinin Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda vəzifələrini icra etməsindəki riskləri dəyələndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov keçici hökumətlə qüvvələrimizin oradan çıxarılması istiqamətində danışıqlara başlanılacağını istisna etməyib:

“Burada heç bir risk yoxdur. Çünki birincisi, bizim oradakı kontingentimiz 90-120 nəfər arasında dəyişirdi və ora gedən ilk gündən də türk kontingentinin tərkibində olub. İstər hökumət, istər xalq, istərsə də hakimiyyətə gələn hərbi müxalifət “Taliban” tərəfindən onlar hörmətlə qarşılanıblar. Çünki hərbi müxalifətə qarşı aktiv əməliyyatlarda iştirak etməyiblər. Ona görə də bu 20 il ərzində biz orada itki verməmişik. Bildiyim qədərilə bu gün bizim qüvvələrimizin böyük bir qismi – sayını dəqiq bilmirəm – oradan çıxarılıb. Çox cüzi hissəsi də türk hərbi kontingentinin içərisində qalıb. Hava limanı yolu və aeroportun özü həmin qüvvələr tərəfindən qorunur. Çox güman ki, keçici hakimiyyətlə danışılıb onların çıxarılması məsələsi həll ediləcək.

Əgər Türkiyə siyasi-hərbi rəhbərliyi bu işin belə olmasını lazım bilibsə, deməli, burada elə bir qorxulu problem yoxdur. Biz türklərin əfqan xalqı tərəfindən sayqı ilə qarşılandığının şahidi olmuşuq. Orada olan qüvvələrimizə qorxu yoxdur”.

Aqil Bəkir

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv