!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əfv Komissiyası iclasları yekunlaşdırır – Sərəncam nə vaxt imzalanacaq?

!Reklam – Yazi

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası baxılan sənədlərin siyahısını gələn həftə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

Yenicag.az-ın məlumatına görə, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.

Qeyd edək ki, yeni müraciətlərə baxmaq üçün komissiyanın 8 iclası keçirilib və daxil olan müraciətlərin 850-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə, o cümlədən məişət zorakılığı və digər zəmində cinayətlərlə bağlı müraciətlərə baxılıb.

www.yenicag.az

368
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv