“Əfv Komissiyasının iclasının keçirilməsi ilə bağlı hər hansı dəqiq məlumat olmasa da, düşünürəm ki, iclas ya bu, ya da gələn həftənin ortalarında keçirilə bilər”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.
Onun sözərinə görə, iclasın keçirilməsi ilə bağlı qərar Əfv Komissiyasının sədri tərəfindən təyin olunur.
“Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası ilk iclasını aprel ayının 3-də keçirdi. Keçən həftənin 3-cü günü 3-ci iclas keçirildi. Növbəti iclasın keçirilməsi ilə bağlı qərar Əfv Komissiyasının sədri tərəfindən təyin olunur və komissiya üzvlərinə də bu barədə məlumat verilir. Çünki iclasın keçirilməsi ilə bağlı qərarın verilməsi səlahiyyəti komissiyanın sədrindədir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Əfv Komissiyasının iclasının keçirilməsi ilə bağlı hər hansı dəqiq məlumat olmasa da, düşünürəm ki, ya bu həftə, yada gələn həftənin ortalarında keçirilə bilər:
“Qeyd edim ki, iclaslar geniş müzakirələr şəklində həyata keçirilir. Daxil olan hər bir müraciət araşdırılaraq, müvafiq rəylər hazırlanması barədə qərar qəbul olunur ki, bu rəylər Prezident İlham Əliyevə təqdim olunur”.
İsmayıl Bakuvi
www.yenicag.az