Əfv Məsələləri Komissiyasının tərkibində dəyişiklik edildi - FOTO

media-hightechnic-468x90

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

media-banner_tkm

Bu barədə President.az xəbər verir.

Sərəncamla “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 fevral tarixli 1792 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 312 (Cild I) 1-ci hissəsində “Fikrət Məmmədov” sözləri “Fərid Əhmədov” sözləri ilə əvəz edilir.

Xatırladaq ki, Fərid Əhmədov 2024-cü il fevralın 27-də Prezidentin Sərəncamı ilə ədliyyə naziri təyin olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05