Əfv SIYAHIsı Komissiyaya TƏQDİM EDİLİB

media-hightechnic-468x90

efv“Məhbusların adları olan siyahını Əfv Komissiyasına təqdim etmişik”.

Bu barədə məhbusların azad olunması istiqamətində işlər aparan İşçi Qrupun üzvü Səidə Qocamanlı deyib.

Lakin siyahıda kimlərin adının olmasını S.Qocamanlı bildirməyib: “Ramazanda əfv sərəncamının olacağını təbii ki, biz də gözləyirik. Ümumiyyətlə, bu məsələ ölkə başçısının səlahiyyətində olan bir işdir. Bu baxımdan öncədən dəqiq heç kim nə isə söyləyə bilməz. Biz siyahımızı hazırlayıb, Əfv Komissiyasına təqdim etmişik. Payız aylarında İşçi Qrupun növbəti toplantıları olacaq. Yay fəsli olduğu üçün bu aylar ərzində İşçi Qrupun toplantıları keçirilməyəcək”.
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv sərəncamını bu il martın 18-də imzalayıb. Bu sərəncamla 97 nəfər məhbus azadlığa buraxılıb(azadinform).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600