!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əgər universitetlərdə ənənəvi tədris bərpa olunarsa...” – Ekspertdən XƏBƏRDARLIQ

!Reklam – Yazi

“Bu addım istər ictimai nəqliyyatda, istərsə də istirahət mərkəzlərində virusun sürətlə yayılmasına səbəb olacaq”.

Bu sözləri təhsil sahəsindəki müəyyən məhdudiyyətlərin aradan qaldırılmasının mümkün təsirlərini dəyərləndirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertin sözlərinə görə, pandemiya şəraiti təhsil sahəsindəki boşluğu və bu sahənin inkişaf etdirilməsinin vacibliyini göstərib:

“Bildiyiniz kimi, artıq məktəblərdə növbəli qaydada ənənəvi tədris bərpa olunub. Fikrimcə, 10 və 11-ci sinif şagirdləri istisna olmaqla, növbəlilik prinsipini gözləmək şərtilə aşağı sinif şagirdlərinin dərslərə ənənəvi şəkildə davam etmələri mümkündür.

10-11-ci sinif şagirdləri artıq özləri üçün plan-proqram hazırlasalar da, məktəbə getmək onların proqramında müəyyən dəyişiklik etmələrinə səbəb olacaq və bu məcburiyyət onların nəticələrinə təsir edəcək.

Lakin bunu universitetlərdə etmək mümkünsüzdür. Çünki tələbələrin görüşərkən yaxın təmasda olması, bəzilərinin orqanizmiı güclü olduğu üçün xəstəliyi özündə hiss etməyərək ailə üzvlərinə və yaxınlarına keçirmə təhlükəsi var.

Əgər yaz semestrində universitetlərdə dərslər ənənəvi formada başlayarsa, rayonda yaşayan minlərlə tələbə təhsil aldıqları şəhərlərə qayltmalı olacaq. Bu isə istər ictimai nəqliyyatda, istərsə də istirahət mərkəzlərində virusun sürətlə yayılmasına şərait yaradacaq.

Tələbələrin onlayn dərslərdən yorulduğu da başadüşüləndir. Bu yorğunluğu artıran əsas səbəblərdən biri də bəzi məhdudiyyətlərin hələ qüvvədə qallmasıdır. Əgər infeksiyanın qısa müddətdə aradan qalxmasını istəyiriksə, o halda verilən qərarları iki dəfə düşünməliyik.

Bununla belə, distant tədrisin inkişafına şərait yaradılması müsbət addımdır. Uzun illərdir ki, distant təhsilin vacibliyini vurğulayırdıq və bu sistemin təhsilin inkişafına, həmçinin büdcə vəsaitlərinə qənaət olunmasına müsbət təsirini qeyd edirdik”.

Gülşən Şərif

www.yenicag.az

2114
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv