!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tanınmış aktyor TOPA TUTDU: “Efirdə insanları aşağılayırsan, gör özün nə gündəsən?!”

!Reklam – Yazi

“Baxırsan, elə adamlar elə adamları tənqid edir ki, özünün həyat tərzi nə gündədir. Boşanmış adam boşanmış adama ağıl öyrədir”.

Bu sözləri tanınmış aktyor Natiq Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.

Aktyor sosial verilişlərdə insanların aşağılanmasına, təhqir olunmasına qarşı çıxıb:

“Məni də elə verilişlərə dəvət ediblər. Amma xoşlamıram. Çünki hesab edirəm ki, hər kəsin öz işi var. Aktyor yaratdığı obrazları ilə görünməlidir. Hansısa verilişdə saatlarla oturub vaxt itirməkdənsə, yaradıcılığı ilə məşğul olmalıdır. O sosial verilişlərə, ümumiyyətlə, baxmıram.

Baxırsan, elə adamlar elə adamları tənqid edir ki, özünün həyat tərzi nə gündədir. Boşanmış adam boşanmış adama ağıl öyrədir. Bu nə dərəcədə etik və düzgündür?!

İnsanları aşağılamaq, təhqir etmək olmaz, hər kəs özünə görə şəxsiyyətdir, özünə görə mənliyi, insanlığı var. Kimsə efirə çıxıb öz problemlərindən danışıb kömək istəyirsə, ona dəstək orlmaq lazımdır, nəinki üstünə getmək, günahlandırmaq, hətta aşağılamaq. Təəssüflər olsun ki, ən çox reytinq verən, sponsor gətirən də elə o verilişlərdir”.

Aktyor sözügedən verilişlərin efirdən yığışdırılmasının tərəfdarı olduğunu bildirib:

“Ailə-məişət zəminində baş verən hadisələr həmişə olub, bu gün də var. Amma əvvəllər insanları efirə çıxarıb o sirrləri el-aləmlə bir etmirdilər. Bu gün biri boşanmaq üçün ərizə verir, sabah efirə çıxıb problemini danışır. İnsanı efirə çıxarıb məhkəmə qururlar, adamları ittiham edirlər. Bu dövlətin məhkəməsi də var, hüquq mühafizə orqanları da. Ərizə vermisən, probleminlə bağlı polisə müraciət etmisənsə, demək ki, onlar həll edəcək. Yoxsa o sosial proqramlarda ekspertlər hərə bir tərəfdən başlayır məhkəmə qurmağa. Ağıllı adam öz probemini efir vasitəsi ilə həll etməz. O adamlar efirə çıxıb orada görünmək, özlərini reklam etmək istəyirlər. Belə şeyləri heç cür qəbul edə bilmirəm. Hesab edirəm ki, ümumiyyətlə, o verilişləri yığışdırmaq lazımdır”.

Cəvahir

COP29

www.yenicag.az

919
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv