!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhalinin mənzil probleminin həlli üçün YENİ TƏŞƏBBÜS: “İrəli sürülmüş təkliflər bəyənilərsə...”

!Reklam – Yazi

“Aztəminatlı ailələrə dövlət tərəfindən yaşayış sahələrinin verilməsi evsizlikdən əziyyət çəkənlərin sayını azaldacaq”.

Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilə bilər. Bu barədə qərar Mənzil Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Qanun layihəsinin Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacağı gözlənilir. Maraqlıdır ki, bu addım aztəminatlı ailələrin evsizlik probleminin həllinə müsbət təsir göstərəcək?

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Yenicag.az-a açıqlamasında bildirib ki, mənzil təminatı ilə bağlı nəzərdə tutulan proqramlar hər il getdikcə genişlənməkdədir:

“Əslində, mənzil təminatı ilə bağlı atılan istənilən addım evsizlik problemi yaşayan müəyyən qism vətəndaşların sosial vəziyyətinə müsbət təsir edir. Əvvəllər yalnız ipoteka proqramı mövcud idi. Lakin sonradan Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə həyata keçirilən ucuz mənzil konsepti reallaşdırıldı.

Nəzərə alaq ki, Mənzil Məcəlləsində sosial kirayə ilə bağlı müəyyən müddəalar mövcuddur və ümumilikdə Nazirlər Kabineti ölkədə adambaşına düşən minimum mənzil sahəsini 16 kvadrat metr müəyyən edib. Nəzərdə tutulan mövcud qanun layihəsinin tətbiqi isə müzakirələrdən asılı olacaq. Bu qanun layihəsi bəyənilərsə, evsizlik problemini qismn aradan qaldıracaq”.

Gülşən Şərif

www.yenicag.az

807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv