Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davam etdirilməlidir” - Musa Ağayev

Reklam: Sinerji Pro

“Qaydalara nə qədər ciddi riayət olunsa, yoluxma sayı da minimum səviyyəyə düşər və bu da karantin rejiminin aradan qaldırılmasına imkan yaradar”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Azərbaycanda əhalinin koronavirus infeksiyası ilə mübarizə çərçivəsində tətbiq olunan məhdudlaşdırıcı qaydalara maksimum riayət edəcəyi halda, karantin rejiminin tezliklə tam aradan qaldırılmasının mümkünlüyünü vurğulayan Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev deyib.

YZP sədri bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nüfuzlu mütəxəssislərin koronavirus bəlasından yalnız qaydalara əməl etməklə xilas olmağın mümkünlüyü haqda xəbərdarlıqlarına hörmətlə yanaşmaq lazımdır:

“Əgər bu virusun dərmanı, peyvəndi hələlik tapılmayıbsa, deməli, təhlükə hələ də insanları təhdid edir. Koronavirus infeksiyasının təbii, yoxsa hansısa qüvvələr tərəfindən süni şəkildə yayılmasının artıq heç bir əhəmiyyəti yoxdur.

Fakt budur ki, hazırda o infeksiyanın dərmanı yoxdur və yalnız qaydalara əməl etməklə təhlükədən qorunmaq olar. İndi Rusiya və bəzi ölkələr koronavirus əleyhinə vaksin hazırladıqlarını bəyan ediblər. Ancaq buna baxmayaraq, insanlar yenə də maksimum ehtiyatlı davranmalıdırlar.

Doğrudur, mövcud şəraitdə insanların sağlamlığının qorunması ən vacib məsələdir. Bununla belə, əhalinin sosial vəziyyəti haqda da düşünmək lazımdır. Bəli, bu istiqamətdə müəyyən addımlar atılır, ancaq nəzərə almaq lazımdır ki, aylardır, işləməyən insanlar var.

Sağlamlıq həm də insanların normal qidalanmasından asılıdır. Düşünürəm ki, hökumət görülən tədbirlərlə kifayətlənməməli, insanların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımları davam etdirməlidir. Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda xeyli insan qaydalara uyğun olaraq, işə çıxa bilmir. Onlara maddi yardım göstərilməlidir.

Eyni zamanda, bütün bunlara baxmayaraq, əhali tətbiq olunan qaydalara əməl etməlidir. Unutmayaq ki, qaydalara nə qədər ciddi riayət olunsa, yoluxma sayı da minimum səviyyəyə düşər və bu da karantin rejiminin aradan qaldırılmasına imkan yaradar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və nüfuzlu mütəxəssislərin koronavirus bəlasından yalnız qaydalara əməl etməklə xilas olmağın mümkünlüyü haqda xəbərdarlıqlarına hörmətlə yanaşmaq lazımdır. Belə olarsa, Azərbaycanda da normal həyata qayıdış xeyli sürətlənər”.

www.yenicag.az

2493
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100