!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əhədgeyt” skandalı Azərbaycanla Kolumbiya arasında diplomatik krizisə yol aça bilər?

!Reklam – Yazi

ehedbaraqƏli Orucov: “İcra başçısının bu şousu düşünmürəm ki, ciddi skandal yaratsın, dövlətlərarası münasibətlərə xələl gətirsin”

Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevin Ermənistan bayrağı bilib, əslində Kolumbiya bayrağı rəngində rənglənən lövhəni sındırdığı səhnə deyəsən beynəlxalq skandala səbəb olacaq. Belə ki, Kolumbiyanın ən populyar saytlarından biri olan colombia.com Əhəd Abıyevin bu “qəhrəmanlığından” yazıb.
Sayt Əhəd Abıyevin Kolumbiya bayrağının rəngində rənglənmiş şiferi sındırdığı anı özündə əks etdirən fotonu manşet xəbəri kimi dərc edib.

Yenicag.az-a açıqlamasında icra başçısının şousayağı hərəkətinə qiymət verən AMİP funksioneri Əli Orucov bildirdi ki, düşmənin qarşısına əslində bayrağı cırmaq, ona təpik atmaqla çıxmırlar, bu qeyri-ciddilikdir: “Düşmənin qarşısına çıxmağın diplomatik, siyasi və hərbi yolları vardır. Düşmənə düşməncəsinə, layiqli cavabını vermək lazımdır. Əhəd Abıyevin bu hərəkəti isə sadəcə kənardan qeyri-ciddi təsir bağışlayan bir olaydır. İstəməzdim ki, dövlət məmurları Dağlıq Qarabağ probleminin həllinə bu cür yanaşsın. İcra başçısı işləyən bu şəxs həmin sındırdığı lövhədə hansı ölkənin bayrağının təsvir edildiyini belə bilmir. O hələ Ermənistan bayrağının hansı rənglərə boyandığını belə bilmir. Onun bu hərəkəti sadəcə özünü göstərmək əlamətidir. Düşmənə nifrət belə həll olunmur. Dövlət məmurlarının belə işlərdə diqqətli olması lazımdır. Amma görürük ki, Ə. Abıyevdə bu diqqətçilik yoxdur. O nə vaxt ciddi adam olub ki, ciddi davranışları ilə də yadda qalsın? Əli Orucov ile ilgili görsel sonucuLakin düşünmürəm ki, Ə. Abıyevin bu şousu Kolumbiyada Azərbaycanla bağlı skandala səbəb olsun. Belə şeylər düşünmürəm ki, ciddi skandal yaratsın, dövlətlərarası münasibətlərə xələl gətirsin. Belə şəxslər əslində məmur vəzifəsini tutmamalıdırlar. Amma kimisə vəzifəyə qoymaq və ya onu işdən çıxarmaq prezidentin Konstitusion hüququdur, onun səlahiyyətinə aiddir. İkincisi, məmurlara belə əməllərinə görə deyil, gördükləri işlərə, fəaliyyətlərinə görə qiymət verilməlidir. Təəssüf ki, əksər məmurlarımız üzərlərinə düşən məsuliyyətin yükünü dərk etmək qabiliyyətində deyillər. Dərk etmirlər ki, dövlətimizi təmsil edirlər, yerlərdə prezidentin təmsilçiləridirlər. Onların atdığı addımlar dolayısı ilə birbaşa prezidentin ünvanına yönəlir, onun adına çıxılır. Belələri tutduqları kreslonun mahiyyətini dərk edə bilmirlər”.

ELÇİN

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv