“Biz dünyanı sülhə gətirməliyik”.
Yenicag.az xəbər verir ki, bunu Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeyt iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
“Ukraynadakı müharibə dünyanı təlatümə salır. Biz də ərəb dövlətləri olaraq bundan əziyyət çəkirik. Artıq dünyanın qarşısında böyük problemlər ortaya çıxır. Hər bir davranışımıza görə məsuliyyət daşımalıyıq”, – o bildirib.
Baş katib Azərbaycanla bağlı da təəssüratlarını bölüşüb: “Mən ilk dəfədir bu forumda iştirak edirəm. Bakıda bundan öncə də olmuşam. Amma Prezident İlham Əliyev, məni şəhərdə baş verən inkişafla təəccübləndirdiniz. Mən bu nailiyyətlərə də sizi təbrik edirəm”.
www.yenicag.az