!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Əhmədinejad prezidentliyə namizəd oldu

!Reklam – Yazi

2005-2013-cü illərdə İran prezidenti olan Mahmud Əhmədinejad növbədənkənar prezident seçkisində iştirak etmək üçün qeydiyyatdan keçib.

“Mən əminəm ki, ölkənin bütün problemlərini milli potensialdan maksimum istifadə etməklə həll etmək olar”, – deyə siyasətçi sənədlərini seçki qərargahına təqdim etdikdən sonra keçirdiyi qısa mətbuat konfransında bildirib.

Əhmədinejadın bəyan etdiyi prioritetlərindən biri “yoxsulluğa qarşı hərtərəfli mübarizə və xalqın rifahının yaxşılaşdırılması”dır.

Qeyd edək ki, mayın 30-da 14-cü prezident seçkisində namizədlərin qeydiyyatı başlayıb və iyunun 3-dək davam edəcək. İyunun 4-dən etibarən Konstitusiyanın Mühafizəçiləri Şurası namizədin prezident postu üçün tələblərə cavab verib-vermədiyini müəyyən etmək məqsədilə bir həftə ərzində onları nəzərdən keçirəcək. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq.

Xatırladaq ki, növbədənkənar prezident seçkisi iyunun 28-nə təyin edilib./Oxu.az/

COP29

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv