“Əjdər Tağızadə tarixə kor baxır”- Əli Hacı

media-hightechnic-468x90

10502451_746283925463810_4767601492117106865_nMilli Azadlıq Hərəkatının fəallarından olan sufi şair Əli Hacı 13-cü Qurultayın ardından 2008-ci ildən bəri icra etdiyi Dünya Azərbaycanlıları Konqresi Məşvərət Məclisi sədrinin Birinci müavini vəzifəsindən istefa verdi. DAK-la bağlı son yaşananlara onun münasibəti çox maraqlıdır. Yenicag.az Əli Hacı ilə gündəmdəki mövzunu müzakirə edib. 

– 24 aprel tarixində erməni məsələsi ilə bağlı baş verənlər, türk dünyasına qarşı Avropa və Amerikanın hücumları göstərdi ki, türk dünyasında diaspora baxımdan zəiflik hökm sürür. Bu barədə nə deyə bilərsiniz?

10360389_833712603372759_5900795370232609986_n– Bütün türk dövlətləri içərisində yeganə olaraq Azərbaycanda Diaspora üzrə Komitə yaradılıb. Türkiyənin 75 milyon əhalisi olsa da, bu ölkədə hələ də diaspora ilə bağlı bir dövlət qurumu yaradılmayıb. Bundan başqa ölkəmizdə müəyyən digər diaspora təşkilatları da var. Bunlardan biri də Heydər Əliyevin tövsiyyəsi ilə yaradılan Dünya Azərbaycanlıları Konqresidir.  Demək olar ki, bu diaspora fəaliyyətində ən öndə gedən qurum məhz DAK-dır.

– Ancaq DAK-dan ilk istefa edən siz oldunuz…

– Mən yaradıcılığımla bağlı DAK Məşvərət Məclisi sədrinin I müavini vəzifəsindən istefa vermişəm. Hesab etmişəm ki, mən illərlə bu vəzifədə DAK-a xidmət etmişəm və başqa potensiallı insanlara da yol açmaq lazımdır. Mən bir istefa mədəniyyəti sərgiləmişəm ki, bəziləri bizdən bir şey öyrənsin. Bu gün də Sabir bəylə də, Firudin bəylə də çox yaxşı münasibətimiz var. İstefa deməyin cığalçılıq olmadığını ortaya qoymuşam.

– Ancaq DAK hər zaman olduğu kimi qalmaqalları ilə gündəmdədir. DAK-da bu qalmaqallar nə vaxta qədər davam edəcək?

10931188_828766720534014_2761954971361171517_n– ABŞ-ın Los-Ancels şəhərində 1997-ci ildə yaranan DAK-ın adından istifadən edən, onun adı ilə şan-şöhrət qazanmaq istəyən, qarışıqlıq törədən qüvvələr də var. DAK-ın son qurultayı göstərdi ki, bu qurum bütün partiyalardan yüksəkdə duran, 50 milyonluq Azərbaycan türkünün maraqlarının önündə dayanan, millətin mənafeyinə xidmət edən bir diaspora təşkilatıdır. Son qurultay bir daha sübut etdi ki, DAK ziyalı və gənclərdən ibarət olmaqla, dünyaya çıxaraq hadisələrin önündə gedir. Özünü DAK adlandıran başqa bir qurumun da bura qoşulması ilə son qurultay birləşdirici bir qurultay oldu. Qurultaydan narazı qalanlara gəldikdə, Sabir Rüstəmxanlının dediyi kimi, azərbaycanlılar olan yerdə narazılıqlar da olacaq. O cümlədən, Sabir bəy haqqında, qurultay barədə mətbuatda bəzi qara yaxmalara da yol verildi. Bu da onların hansı dövlətin mənafeyinə xidmət etdiyini, DAK-a xəyanət etdiklərini göstərir. DAK hüquqi müstəvidə öz qurultayını keçirdi.  Buna baxmayaraq, Əjdər Tağızadə kimi DAK-dan narazı qüvvələr rəhbər orqanlara seçilməməyi əsas gətirməklə,  qurumun gəncləşməsinə,  beynəlxalq arenaya çıxmasına imkan verməməyə çalışırlar. Çünki, bununla DAK-ın güclənməsini istəməyən qüvvələrin maraqlarına xidmət edirlər.

– Əjdər Tağızadənin ittihamları ilə tanışsınız.  Nə deyə bilərsiniz bu barədə?

– Əjdər Tağızadənin çıxışından görünür ki, bu gün o qərəzli mövqe tutur. Onun iddiasına görə,  onu DAK İdarə Heyətinə seçməyiblərsə, deməli DAK-ın fəaliyyəti yoxdur. Vaxtilə DAK-ın bütün fəaliyyətini önə çəkən Ə. Tağızadə indi İdarə Heyətində təmsil olunmadığından qurum əleyhinə çıxır. Köln qurultayında ailəvi şəkildə iştirak edən bu şəxs İstanbulda keçirilən tədbirdə dünya azərbaycanlıları ilə yanaşı, Türkiyə dövlətinin,  buradakı ictimai qurumların iştirakını kölgə altına salır.

– O həm də DAK-ı Güney Azərbaycanı unutmaqda ittiham edir. Bu məsələ necədir?

– Əjdər Tağızadə kimi adamlar avantürüst adamlardır. Bu kimi insanlar heç zaman özlərinə yer tapa bilmirlər. O tarixi bilmədən önə çıxmaq istəyir. Əjdər Tağızadə tarixə kor baxır, belə adamlar tarixə nə cür qiymət verə bilər? Bu gün fərx etdiyimiz ümumazərbaycan ideyası daşıyıcıları Məhəmməd Əmin Rəsulzadə, Pişəvəri, Elçibəy, Heydər Əliyev Bütöv Azərbaycan uğrunda mübarizənin önündə gedənlər olublar. DAK da Bütöv Azərbaycanı təmsil edən təşkilatdır.

10687228_721619251248762_2056725274172633024_n– Əjdər Tağızadənin müsahibəsində bir məqam var idi. O iddia edirdi ki, DAK-a Diaspora Komitəsi tərəfindən güneylə bağlı fəaliyyət üçün pul köçürülür, ancaq Sabir Rüstəmxanlı o vəsaiti Güney üçün istifadə etmir. Bu məsələ həm də Azərbaycanı qonşu dövlətlə üz-üzə qoymaq cəhdi deyilmi?

–  O bununla iki dövləti bir-birinə qarşı qoymaq istəyir. Azərbaycan bir dövlət olaraq 9 milyonluq müstəqil Azərbaycanın mənafeyini müdafiə edir və dünyaya səpələnən bütün azərbaycanlıların müdafiəsi uğrunda mübarizə aparır. Azərbaycandakı heç bir dövlət qurumu Cənubi Azərbaycanla bağlı konkret maliyyə yardımı göstərmir. Bunun bəhrəsini sadəcə Təbrizdə tədris keçən, universitetlərdə oxuyan tələbələr görür. Onların təhsil pulunu ayrı-ayrı adamlar, o cümlədən Sabir Rüstəmxanlı ödəyir. Cənubi Azərbaycanda yetərincə qüvvələrimiz, milli azadlıq hərəkatının öncülləri  var. Onlar dilləri uğrunda mübarizə aparır və özləri bu mübarizənin önündə gedirlər.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600