Miqrant qəbulundan imtina edən Slovakiya Baş naziri: "4 milyon avro ödəmək daha yaxşıdır"
Slovakiya 2026-cı ildə Avropa İttifaqının miqrasiya paktı çərçivəsində miqrant qəbulundan imtina etdiyi üçün təxminən 4 milyon avro ödəyəcək.
Yenicag.az xəbər verirki, bunu baş nazir Robert Fitso jurnalistlərə bildirib.
“Slovakiya hökuməti bu miqrasiya paktını yaxşı bir iş hesab etmir. Müqavimətimizə baxmayaraq, təəssüf ki, o, qüvvəyə minib. Slovakiya Aİ-nin həmrəylik mexanizminə uyğun olaraq, 2026-cı ildə miqrant qəbulundan imtina etdiyi üçün təxminən 4 milyon avro məbləğində ödəniş edəcək”, – baş nazir deyib və əlavə edib:
“Bizim üçün bir neçə miqrant qəbul etməkdənsə, bu ödənişi etmək daha yaxşıdır. Çünki bu, 2026-cı ildə təxminən 200 nəfər olardı”.
Aİ-nin miqrasiya paktına görə, miqrant qəbulundan imtina edən ölkələr hər bir nəfərə görə 20 min avro ödəməlidir.













