Dünya çempionatında yeni rekordlar

media-hightechnic-468x90

Ötən gecə futbol üzrə dünya çempionatında keçirilən qarşılaşmalar bir sıra maraqlı statistik göstəricilər və rekordlarla yadda qalıb.

media-banner_tuq

Yenicag.az FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Çexiya millisinin futbolçusu Mixal Sadilek turnirin ən erkən qoluna imza atıb. O, 5-ci dəqiqənin 8-ci saniyəsində fərqlənərək Almaniya yığmasının futbolçusu Feliks Nmeçanın göstəricisini geridə qoyub. Nmeça Almaniyanın Kürasao ilə matçında 5-ci dəqiqənin 16-cı saniyəsində hesabı açmışdı.

İsveçrə millisinin futbolçusu Yohan Manzambi isə dünya çempionatları tarixində dubla imza atan ən gənc ehtiyat oyunçu olub. O, bu nailiyyətə 20 yaş 247 günlük ikən imza atıb. Əvvəlki rekord 2002-ci ildə Paraqvayın Sloveniya ilə matçında iki qol vuran Nelson Kuevasa məxsus idi. Həmin vaxt Kuevas 22 yaş 153 günlük idi.

Qeyd olunub ki, bu mundialda indiyədək təyin edilən altı penalti zərbəsinin hamısı qolla nəticələnib. Breel Embolo (İsveçrə – Qətər), Kay Haverts (Almaniya – Kürasao), Marko Arnautoviç (Avstriya – İraq), Harri Keyn (İngiltərə – Xorvatiya), Teboho Mokoena (Cənubi Afrika – Çexiya) və Qranit Xaka (İsveçrə – Bosniya və Herseqovina) 11 metrlik cərimə zərbələrini dəqiq yerinə yetiriblər.

Kanada millisinin hücumçusu Conatan Devid də tarixə düşüb. O, dünya çempionatında het-trik edən ilk ev sahibi ölkə futbolçusu olub. Daha əvvəl belə bir göstəriciyə yalnız İngiltərə millisinin əfsanəsi Ceff Herst 1966-cı il mundialının finalında imza atmışdı.

Bundan başqa, Meksika millisi də tarixi nəticə əldə edib. Şimali Amerika təmsilçisi dünya çempionatına ev sahibliyi edən komandalar arasında ilk iki oyununda qələbə qazanaraq qapısını toxunulmaz saxlayan ilk yığma olub. Buna sonuncu dəfə 1998-ci ildə keçirilən mundialda ev sahibi Fransa millisi nail olmuşdu.

Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05