Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Əksər hallarda yeni təyin olunan kadrların mahiyyətinə baxan yoxdur” – İqtisadçıdan TƏKLİF

Reklam: High Technic

“Dövlət başçısının kadr ehtiyatı bankının yaradılması üçün “Yüksəliş” müsabiqəsini təsis etməsi əla təşəbbüsdür”.

Yenicag.az xəbər verir ki, bu fikirləri ölkədə aparılan kadr islahatları ilə bağlı vəziyyəti şərh edən iqtisadçı Əkrəm Həsənov deyib.

Əkrəm Həsənova görə, ölkədə kadr islahatlarının davam etdirilməsi çox müsbət haldır.

Bununla belə, kadrların seçilməsində müəyyən meyarların nəzərə alınması zəruridir:

“Hər bir rəhbərin, həmçinin dövlət başçısının müşavirləri ona özlərinə sərf etdiyi istiqamətdə təsir etməyə çalışır. Azərbaycanda ciddi kadr qıtlığı var və əlbəttə ki, bundan sui-istifadə cəhdləri də mövcuddur. Yeni kadrlarımız ya dövlət qurumlarının, ya da biznesin (iri holdinqlərin) yetirmələridir. Hamısının ali təhsili, müəyyən təcrübəsi, alicənab xarici görünüşü, hətta çoxunun xarici təhsili də var. Bəzilərinin elmi işləri, məqalələri və müsahibələri var.

Amma əksər hallarda onların mahiyyətinə baxan yoxdur. Əsas odur ki, əvvəlki iş yerlərində nə qədər uğurlu olublar! Bax, məhz bu da problemdir! ASAN Xidmət istisna olmaqla, Azərbaycanda uğur hekayəsi olan dövlət qurumu yoxdur. İri holdinqlərin də demək olar ki, hamısı uğursuzdur. Çoxunun ayaqda qalması göstərici deyil”.

Əkrəm Həsənov təklif edir ki, düzgün kadr seçimi etmək üçün hər prezidentin publik kadr ehtiyatının formalaşdırılmasına ehtiyac var:

“Məsələn, ötən il dövlət başçısı kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsini təsis etmişdi. Əla təşəbbüsdür. Yəqin ki, yaxında nəticələrini görəcəyik. Həmin müsabiqənin qaliblərini prezidentin kadr ehtiyatına daxil etmək lazımdır.

Lakin ehtiyat başqa yollarla da formalaşdırılmalıdır. Çünki yetişmiş və təcrübəli kadrların bir qismi müsabiqədə iştirak etməyə də bilər. Onlar ehtiyat siyahısına tövsiyə yolu ilə daxil edilməlidir. Nəinki yüksək vəzifəli şəxslər, həmçinin prezidentin etimad göstərdiyi şəxslər də həmin ehtiyata namizədlərini daxil etmək imkanına malik olmalıdır.

Bu siyahı da prezidentin saytında dərc edilməlidir. Son qərarı isə prezident özü verəcək. Bu mexanizm bir sıra xoşagəlməz halların, söz-söhbətlərin qarşısını alar. İctimaiyyət dövlət başçısına vaxtında dəstək olar”.

Gülşən Şərif

www.yenicag.az

1066
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100