!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədən Azərbaycana GENERAL TƏYİNATI: "Rəsmi Bakı Rusiya ilə hərbi sahədə əməkdaşlığı..." - Hərbi ekspert

!Reklam – Yazi

“Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa bəyənnamısindən sonra iki ölkə arasında hərbi sahədəki əməkdaşlığın yeni bir səviyyəyə qədəm qoyacağı kimsədə şübhə doğurmurdu. Belə bir fəaliyyətə Pakistanın da qoşulacağı gözləniləndir. Ancaq bunlar zaman tələb edən məsələlərdir”.

Bu fikrləri Türkiyənin Azərbaycanda Xidmət Qrupu Komandanlığına 3 generalın təyin olunması, rəsmi olaraq Türkiyənin Azərbaycanda hərbi fəaliyyətinin təsdiqlənməsi və Ordunun Rusiyanın təsir dairəsindən çıxmasını şərh edən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Ədalət Verdiyev bildirib ki, Türkiyənin xüsusi təyinatlı qüvvələrində xidmət etmiş 3 generalın Azərbaycanda Xidmət Qrupu Komandanlığına təyin etməsi proseslərin yekun mərhələsi anlamına gələ bilər:

“Türkiyənin Azərbaycanda iştirakı rəsmən təsdiqləndi. Halbuki bundan əvvəl də Türkiyə Azərbaycanda birgə təlimlər, hərbi-texniki sahədə əməkdaşlıq, silah-sursat mübadiləsini həyata keçirmişdi. İndi isə Azərbaycan Ordusu ilə Türkiyə Ordusunun vahid bir mərkəzdən idarə olunması prosesinə qədəm qoyulur. Ola bilsin, türkiyəli generallarla paralel olaraq azərbaycanlı generallar da birgə idarəetməyə təyin olunacaq və bunun nəticələrini yaxın aylarda görəcəyik”.

Azərbaycan Ordusunun Rusiyanın təsir dairəsindən çıxmasına gəldikdə isə hərbi ekspert bunları deyib:

“Azərbaycan Türkiyə ordu modeli seçəndə bilirdik ki, Türkiyə ordu modelində rus silahı artıq ikinci planda qalır. Bu o demək deyil ki, Azərbaycan Rusiya ilə hərbi sahədə əməkdaşlığı dayandıracaq. Azərbaycanda müəyyən Rusiya silahları var ki, əvvəlki illərdə alınıb. Onlardan hansının resusları qalıbsa, istifadəyə yararlıdır, onların sursatlarını Rusiyadan ala bilərik. Bu, mümkündür. Burada bir detalı nəzərə almalıyıq. Rusiyadan olan istehsalçı əgər müharibə zamanı Azərbaycanın sifarişinə uyğun zamanda, ləngimələr olmadan təminat və təchizatımızı həyata keçiribsə, həmin istehsalçı ilə ən azından müharibədə verdiyi dəstəyə görə o şirkətlərdən satınalmaları həyata keçirə bilərik. Əgər müharibə vaxtı həmin şirkət və ya şirkətlər hansısa ləngimələr, süni gecikmələr edibsə, onların silahlarını da bir kənara qoymalıyıq və üçüncü bir ölkələrə ötürməliyik və yaxud arsenaldan çıxarmalıyıq. Bunu başqa silahlarla əvəz etməliyik. İstehsalçılar da anlasın ki, pulu biz ödəyiriksə, bizimlə hesablaşmalıdırlar. Bu addım digər istehsalçılar üçün də, bir siqnal ola bilər.

Orduda Türkiyə modelinə keçidlə bağlı ştat strukturu ilə bağlı proseslər çoxdan başlayıb, yükunlaşmaq üzrədir, bəlkə də, tamamlanıb”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

2170
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv