!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekspert naziri blef etməkdə suçladı – Neftlə bağlı

!Reklam – Yazi

 

2CF4DF48-4AB6-4E15-B735-CE8942E79527_cx0_cy12_cw0_w900_r1_s_r1Akif Nəsirli: “Natiq Əliyevin neftin qiymətilə bağlı nikbin proqnozlar səsləndirməsi sadəcə olaraq indiki siyasi proseslərə, hökumətin marağına köklənmiş və real olmayan bir cəhddir”

Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel ilə görüşdə bildirib ki, dünya bazarında neftin ucuzlaşması uzun müddət davam etməyəcək və artıq gələn ildən etibarən neftin qiyməti yüksələrək sabitləşəcək.

Onun açıqlamasından belə çıxır ki, Azərbaycanın devalvasiyadan üzü bəri çəkdiyi sıxıntılarının da yox olmasına az bir müddət qalıb.

Görəsən, həqiqətənmi, növbəti ildən başlayaraq neftin qiyməti yüksələrək sabitləşəcək?

Liberal iqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli Yenicag.az-a açıqlamasında bildirdi ki, gələn il üçün neftin qiymətinin yüksələcəyinə əmin deyil: “Əslində Natiq Əliyev sadəcə olaraq indiki şəraitə uyğun nəsə nikbin bir fikir söyləmək üçün neftin qiyməti ilə bağlı belə bir açıqlama verib. Əslində beynəlxalq ekspertlər, Dünya Bankı gəldiyi nəticələrə əsasən yaxın 10 ildə neftin qiymətinin 60 dollardan yuxarı olmayacağını proqnozlaşdırıblar. 5 il üçün bu tam olaraq təsdiqlənmiş proqnozdur. Söhbət ondan gedir ki, sabitləşmə dövrü  bu ilin ikinci yarısından başlayacaq. Sabitləşmə olacaq,ancaq bu yüksək qiymətlərlə olmayacaq. Cari ilin sonuna qədər neft 40 dollara qədər qalxa bilər. Gələn il üçün isə indidən proqnoz vermək çətindir. Dünyada neftin qiymətinin ucuzlaşmasının səbəbləri daha çox iqtisadi amillərdən deyil, siyasi amillərdən asılıdır. Ona görə də gələn il üçün neftin qiymətinin necə olacağı həmin dövrdə dünyada baş verəcək geosiyasi proseslərdən asılı olacaq.

Hazırda neftin qiymətini aşağı həddə saxlamağa çalışan qüvvələr öz istəklərinə nail olmayana qədər “qara qızıl”ın bahalaşmasına imkan verməyəcəklər. Onların bu istəklərinə də nail olmaq yaxın müddət üçün mümkün deyil. Bu fonda da gələn il üçün neftin qiymətinin qalxmayacağını dəqiq bilirəm. Azərbaycanda hazırda hansısa nazir, ekspert səviyyəsində neftin qiymətilə bağlı nikbin proqnozların səsləndirilməsi sadəcə olaraq indiki siyasi proseslərə, hökumətin marağına köklənmiş və real olmayan bir cəhddir”.

ELÇİN

COP29

www.yenicag.az

615
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv