Ekspertdən təklif: "Magistratura imtahanında iştirak edə bilməyənlər üçün yeni tarix təyin edilsin"

media-hightechnic-468x90

“İmtahanlar yenidən keçirilməlidir”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri bildirib.

Ekspert, magistratura pilləsi üzrə qəbul imtahanının ikinci mərhələsində əksər namizədlərin iştirak edə bilməməsini “fors-major” hal kimi qiymətləndirib. O, Dövlət İmtahan Mərkəzinin (DİM) bu tələbələr üçün güzəştli şərait yaratmalı olduğunu vurğulayıb:

“Dünən magistratura imtahanları zamanı müşahidə olunan əlverişsiz hava şəraiti və normadan artıq yağış ciddi “fors-major” vəziyyət yaratdı. Şəxsən tanıdığım şəxslər arasında həm imtahana gecikənlər, həm də iştirakdan imtina edənlər var. Həmin insanlar geyimlərinin tamamilə islanması səbəbindən 3.5 saat ərzində imtahan zalında otura bilməyəcəklərini, bu vəziyyətdə imtahan verməyin qeyri-mümkünlüyünü əsas gətiriblər.

Hesab edirəm ki, DİM belə vəziyyətlərdə imtahanın tarixini dəyişməli idi. Məsələ təkcə gecikmələr deyil, həm də psixoloji və fizioloji amillərlə bağlıdır. Bədəni islanmış namizədin imtahan zalında lazımi komfortu tapıb suallara fokuslanması mümkün deyil. İnsanlar aylarla hazırlaşdıqları bu sınağın ən həlledici 3.5 saatında hava şəraitinin qurbanına çevrilirlər. Üstəlik, yağışla yanaşı, ölkədə keçirilən beynəlxalq tədbir səbəbindən yaranan nəqliyyat sıxlığı və tıxaclar da ciddi narazılıq doğurub.”

E. Nuri gecikən bəzi namizədlərə imtahan binalarında müəyyən istisnaların edildiyini də qeyd edib:

“Bəzi tələbələr yarım saat gecikmələrinə baxmayaraq, imtahana buraxıldıqlarını mənə bildirdilər. Digər bir problem isə mobil telefonlarla bağlıdır. Qaydalar başadüşüləndir, lakin dünənki hava şəraitində telefonlarını qoymağa təhlükəsiz yer tapmadıqları üçün imtahandan imtina edənlər oldu. DİM bu məsələdə Elm və Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu imtahanlarındakı təcrübəsindən yararlana bilər; orada telefonlar xüsusi bağlamalarda təhvil alınır.

Düşünürəm ki, dünənki hadisələrlə bağlı mütləq güzəşt edilməlidir. Əslində, imtahanın vaxtında təxirə salınması ən doğru qərar olardı. Hazırkı vəziyyətdə isə imtahanda iştirak edə bilməyən şəxslər üçün ayrıca tarixdə imtahan təşkil olunması ən ədalətli addım olar. Hətta islanmış və narahat vəziyyətdə imtahan verməyə məcbur qalan tələbələrə də yenidən şans verilməsi məqsədəuyğundur.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05