!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ekspertdən tələbə krediti şərtlərini tənqid edənlərə CAVAB: "Savadınıza güvənirsinizsə,.." 

!Reklam – Yazi

“Təbii ki, təhsil krediti bütün tələbələrə verilə bilməzdi”. 

Bu sözləri tələbə kreditlərinin verilməsi ilə bağlı qərarı dəyərləndirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspeet bildirib ki, atılan addım müsbət haldır və qərarın tənqid edilməsi üçün əsaslı səbəblər yoxdur:

“Öncəliklə qeyd edim ki, ölkə başçısının Təhsil Tələbə kredit fondu ilə bağlı fərmanı ən az tələbələr qədər təhsil camiasını da sevindirdi. Bu vaxta qədər ixtisas seçimi edərkən valideynlər təhsil haqqı ucuz olan ixtisaslara üstünlük verirdilər. Həmçinin universitetə qəbul olan abituriyentin valideynləri banklardan yüksək faizlə, zaminli pul götürməli olurdular və bu, üzücü idi. Hazırda tələbələr və valideynlər üçün yeni imkan yaradılıb. Nəticədə 56200 tələbəyə kredit verilməsi nəzərdə tutulur.

Ümumilikdə son zamanlar təhsil müəssisələrində dövlət sifarişli yerlərin artırılması, ödənişli oxuyan tələbələrin təqaüd alması və əlavə olaraq, Tələbə Təhsil kreditinin verilməsi təqdirəlayiqdir. Təbii ki, təhsil krediti bütün tələbələrə verilə bilməzdi. Çünki burada müəyyən kriteriyalar nəzərə alınmalıdır və tələbənin müvəffəqiyyət göstəricisi az olmamalıdır. İstənilən halda verilən qərardan kimsə narazı olursa, bu, atılan addımın səhv olması anlamına gəlmir. Sadəcə bu vəziyyət narazı təbəqəyə sərf etməyə bilər. Əgər qəbul balı 300 deyil, 250 olsaydı, bu dəfə də digər qisim qərardan narazı olacaq. Qərardan narazı olan kəslərə təklif edərdim ki, savadınıza güvənirsinizsə, müvəffəqiyyət balınızı artırın və təqaüd alma imkanı əldə edin ki, hsil haqqının müəyyən bir qismini özünüz qarşılaya biləsiniz”.

Qeyd edək ki, noyabrın 25-dən təhsil tələbə krediti üçün müraciətlərin qəbuluna başlanılacaq. Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsidir. Eyni zamanda, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) veriləcək.

Gülşən Şərif

www.yenicag.az

626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv