!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Əl-Cəzirə”: “Azərbaycanın Qarabağda antiterror tədbirləri zamanı heç bir mülki obyektə zərər dəyməyib”

!Reklam – Yazi

Qətərin nüfuzlu “Əl-Cəzirə” telekanalının efirində Qarabağla bağlı operativ reportajlar yayımlanır.

Yenicag.az xəbər verir ki, oktyabrın 3-də yayımlanan “Azərbaycan: Qarabağın kənd və şəhərləri erməni işğalı altında talan edilib, dağıdılıb və viran qoyulub” adlı reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə istinadla ermənilərin 30 illik işğal dövründə Azərbaycanın bu qədim diyarının təbii, tarixi və mədəni sərvətlərinin talan etdiyi, mühüm infrastruktur obyektlərinin dağıtdıqları bildirilib.

Reportajda telekanalın müxbirləri Bakı və Şuşadan qoşulduqları canlı yayım zamanı rəsmi Bakının son sülhsevər və humanist bəyanatları barədə məlumat verib, həmçinin Malıbəyli kəndində dağıdılmış evləri və məzarlığı göstəriblər.

Qeyd edilib ki, Azərbaycan tərəfi artıq işğaldan azad olunmuş bu ərazilərdə dinc sakinlərin kütləvi məzarlıqlarının tapılması ehtimalının olduğunu da bildirir.
Telekanalın efirində yayımlanan “Azərbaycan bir gün ərzində Qarabağda suverenliyini necə təmin etdi?” adlı reportajda Prezident İlham Əliyevin lokal xarakterli antiterror tədbirlərindən sonra xalqa müraciətinin əsas məqamları təqdim olunub. Bununla yanaşı, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sentyabrın 27-də – Anım Günündə Bakıda inşası davam edən Zəfər parkında olmaları barədə süjet də yayımlanıb. Daha sonra ərəb ölkələrinin tamaşaçılarına hazırda regionda mövcud olan vəziyyət və geosiyasi reallıq, Bakının öz ərazisindəki erməniəsilli vətəndaşların reinteqrasiyası istiqamətində atdığı mühüm addımlar barədə məlumat verilib.

Proqramın aparıcısı vurğulayıb: “BMT missiyasının da qeyd etdiyi kimi, Azərbaycanın Qarabağda antiterror tədbirləri zamanı heç bir mülki obyektə zərər dəyməyib, eyni zamanda, dinc sakinlərin təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilib”./AZƏRTAC

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv