“Əlaqələrdə yeni yollar axtarılacaq “

media-hightechnic-468x90
1416413295Rusiya Prezidenti Vladimir Putin gələn ay Türkiyəyə səfər zamanı Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə əlaqələrdə yeni yollar axtaracaqlarını açıqlayıb.

Kremldə Türkiyənin yeni Moskva səfirinin etimadnaməsini qəbul edən Putin Ərdoğanla çox yaxın dialoqlarının olduğunu bildirib.

Qeyd edək ki, Türkiyə ilə Rusiya arasında ildə bir dəfə keçirilən və iki ölkə liderlərinin rəhbərlik etdiyi Yüksək Səviyyəli Əməkdaşlıq Şurası beşinci sessiyasının oktyabr ayında keçirilməsi planlaşdırılmışdı. Ancaq iclas iki tərəfin razılığı nəticəsində dekabr ayına təxirə salınıb.

Şura iclasının əsas gündəmini təşkil edən ikitərəfli iqtisadi məsələlər ilə yanaşı, Ukrayna böhranı, Krımın Rusiya tərəfindən işğalı, Suriya və İraqdakı proseslərin də geniş şəkildə müzakirə edilməsi gözlənilir.
(axar.az)

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600