!Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Elbaşının SƏSSİZLİYİ: "Hesab etmirəm ki, Nazarbayev susqundur, o, dərin qatlarda axan çay kimidir..." - Partiya sədri

Reklam: High Technic

“Nazarbayev ölkənin əsas beyin altyapısı ilə bu məsələləri həll etməyə çalışır”.

Bu fikirləri Qazaxıstanda son baş verən hadisələr fonunda ölkənin qurucu lideri Nursultan Nazarbayevin susqunluğunun səbəbi haqqında dnaışarkən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Fərəc Quliyev ölkədə baş verən hadisələrə kənar qüvvələrin müdaxiləsini istisna etməyib və Nazarbayevin məsələ ətrafında iş gördüyünü güman etdiyini vurğulayıb:

“Baş verən hadisələr bir qaz məsələsi ilə bağlı deyil, məncə. Nazrabayevin prosesə qatılmaması məsələsində iki məqam var. Birinci, hesab edirdilər ki, ölkədə demokratik rejim yoxdur və onu idarə edən də Nazarbayevdir. Nazarbayev məhz bu arqumenti puç etmək üçün susur. İkincisi isə, çox güman ki, Nazarbayev ölkənin əsas beyin altyapısı ilə bu məsələləri həll etməyə çalışır.

Burada söhbət dövlətlərarası münasibətlərdən gedir. Bu, Qazaxıstanın daxilində gedən hadisə deyil. KTMT-nin bu ölkəyə müdaxilə etmə məsələsi ortadadır. Burada artıq xoruzun quyruğu görünür. Rusiya tərəfindən Qazaxıstanın dövlət olmaması ilə bağlı səsləndirlən fikirlər, son “Valday” konfransında prezident Tokayevin dediyi sözlərə Putinin “Səddam Hüseyn də belə danışırdı” atmacasını xatırlamaqda da yarar var.

Orta Asiyanın inkişafında Qazaxıstanın rolu və Türk Dövlətləri Təşkilatlarına üzv olması, həmçinin bu dövlətin sayəsindəı Türkmənistanın təşkilata qoşulması – bu siyahını uzatmaq da olar – bütün bunlar qətiyyən Rusiyaya sərf etmirdi.

Burada Nazarbayevin daha fərqli formada önə çıxacağını düşünürdülər. Nazarbayev tamam başqa bir model seçdi və əslində, düşmən dövlətlərin layihəsini suya saldı. Hesab edirəm ki, bu məsələdə eyni sakitliklə Türk Dövlətləri Təşkilatı iş görməli, məsləhətləşmələr olmalı, sülhməramlı lazımdırsa, bu dövlətlər göndərməlidir. Məncə, Nazarbayev əlavə qıcıq vermədən elə bu istiqamətdə işlər görür. Kənar qüvvələrin bura cəlb olunmaması üçün Qazaxıstan xalqı da cəhd etməlidir. Hesab etmirəm ki, Nazarbayev susqundur, o, dərin qatlarda axan çay kimidir, belə məslələrdə türk ulusunun ağsaqqalı kimi susmaz. Hər şey yaxşı olacaq”.

Aqil Bəkir

www.yenicag.az

565
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100