Elçin Quliyev gürcü rəisi qəbul etdi

media-hightechnic-468x90

скачанные файлы (3)Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti ilə Gürcüstan Sərhəd Polisinin rəisi general-mayor Zurab Qamezardaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Az’rbaycana səfər edib.

Yenicag.az apa-ya istinadən xəbər verir ki, dünən DSX aparatında Azərbaycan və Gürcüstan nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan DSX ilə Gürcüstan Sərhəd Polisi arasında ikitərəfli münasibətlərin vəziyyəti müzakirə olunub, qarşılıqlı faydalı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsi bildirilib.

Müzakirələr zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraitinin vəziyyətinə və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb, dövlət sərhədində beynəlxalq terrorçuluğa, qanunsuz miqrasiyaya, narkotik vasitələrinin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa qarşı mübarizə sahəsində qarşılıqlı məlumat mübadiləsinin təkmilləşdirilməsinin əhəmiyyəti qeyd olunub.

Bu ilin iyununda Azərbaycanda 1-ci Avropa Oyunlarının təşkili və keçirilməsi ilə əlaqədar Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqənin daha da gücləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600